Səfirlər təcili bir araya toplanıb

Səfirlər təcili bir araya toplanıb

Müəllif: Manager

Baş Redaktor

52467Brüsseldə Avropa Birliyi ölkələrinin səfirləri Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər.

Müzakirələrdən sonra səfirlər bəyanatla çıxış ediblər.

Birliyin bəyanatında Kiyevlə rusiyameyilli separatçıların arasında əldə olunan atəşkəsə tərəfləri əməl etməyə çağırılır.

Bəyanatda bildirilir ki, əgər vəziyyət tələb etsə, Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları zəiflədə və tamamilə aradan qaldıra bilər.

Qeyd edək ki, Ukraynanın şərqində 5 ay davam edən döyüşlərdə 3 mindən çox adam həlak olub.

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti