Şəhid Fikrət Bəşirov Astaranın Şahağacı kəndində dəfn olunacaq

Müəllif: Redaktor

Editor

Şəhid Fikrət Bəşirov bu gün doğulduğu Astaranın Şahağacı kəndində dəfn olunacaq.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 1980-ci il təvəllüdlü Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

Bu gün şəhidin doğulduğu Astaranın Şahağacı kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, şəhid müddətdən artıq hərbi qulluqçu olub.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır