Şəmkirdə kirayəşin yanaraq ölüb – Fotolar

Müəllif: Redaktor

Editor

Ötən gün səhər saat 08:00 radələrində Şəmkir rayonunun Yeni Həyat kəndində Məlahət Həsənovaya məxsus fərdi yaşayış evində yanğın baş verib.

Dərhal hadisə yerinə Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürmə briqadası cəlb olunub. Ümumi sahəsi 200 m2 olan bir mərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m2 sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı evdə kirayədə yaşayan Daşkəsən sakini 51 yaşlı Rafiq Quliyevin yanmış cəsədi aşkarlanıb.

Yanğın söndürənlər tərəfindən meyit aidiyyəti üzrə təhvil verilib. Hazırda müvafiq strukturlar yanğının baş vermə səbəblərini araşdırır. İlkin ehtimala görə, hadisəyə odun sobasından alov sıçraması səbəb olub. Qonşuların sözlərinə görə, kirayənişin Rafiq Quliyev təxminən 3 aya yaxındır həmin evdə tək yaşayırdı.

Hadisə barədə isə onlar evdən tüstüçıxmasından sonra xəbər tutublar.

 

Yenicag.az

Foto Qalereya:


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir