www.sinerjipro.net

SinerjiProWide
Reklam

107626_res_01Xəbər verdiyimiz kimi, bu gün Odessada gözlənilməz hadisə baş verib.

Odessa Şəhər Daxili İşlər İdarəsinin rəisi Oleq Makuxa 20 min dollar rüşvət alarkən yaxalanıb.

Milis rəisinin saxlanılması ilə nəticələnən əməliyyatı Ukrayna Təhlükəsizlik Xidmətinin “K” xüsusi bölümünün əməkdaşları və hərbi prokurorluğun müstəntiqləri birgə həyata keçirib. Oleq Makuxa Altestovo rayonunda, Kiyev şossesində tutulub.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, əməliyyatın baş tutmasında “Patriot” mühafizə şirkətinin rəhbəri Dmitri Kopılovun da köməyi olub.

Odessanın milis rəisinin saxlanılması barədə xəbəri baş prokurorun müavini Anatoli Matios da təsdiqləyib. O bildirib ki, Makuxa “biznes sahəsində maraqlı qruplar arasındakı konfliktin həllinə kömək və əmlak üzərində nəzarəti təmin etmək məqsədilə” rüşvət tələb edib. Hüquq-mühafizə orqanları faktla bağlı ilkin istintaq hərəkətlərini davam etdirir. Odessa vilayət administrasiyasının rəhbəri Mixail Saakaşvili baş vermiş hadisədən sonra şəhər milisini buraxıb, yeni heyət təşkil etmək təklifini irəli sürüb. Saakaşvili bildirib ki, o, Odessa milis barədə “mütəşəkkil kriminal struktur” fikrini səsləndirməkdə haqlı imiş. Odessanın qubernatoru hesab edir ki, hazırkı milis heyətini buraxaraq, bu xidmətin tərkibini yenidən formalaşdırmaq lazımdır. Saakaşvili bu barədə fikirlərini facebook səhifəsində paylaşıb.

Saakaşvilinin sözlərinə görə, hazırda Odessa vilayət administrasiyası Daxili İşlər Nazirliyinin rəhbərliyilə birlikdə bütövlükdə hüquq-mühafizə sistemində korrupsiyaya qarşı mübarizə məqsədilə xüsusi qrup yaradır. Odessanın qubernatoru vurğulayıb ki, “təmizləmə” əməliyyatı və həbslər davam edəcək.(virtualaz.org)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 50
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."