!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saakaşvili Ukraynaya qayıdacağı tarixi açıqladı

!Reklam – Yazi

Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukraynaya qayıdacaq.

Yenicag.az xəbər verir ki, Gürcüstanın eks prezidenti bu barədə şəxsi “facebook” hesabında paylaşım edib.

Sentyabrın 10-da Polşadan qayıdacağını bildirən keçmiş qubernator, geri dönəcəyi vaxt Ukrayna hakimiyyətindən “sirk” yaratmamağı xahiş edib.

Qeyd edək ki, Ukraynanın Miqrasiya Xidməti prezident Petr Poroşenko Saakaşvilinin vətəndaşlığdan məhrum edilməsi barədə fərman imzalayıb.

Ancaq maraqlıdır ki, Avropa İttifaqı ölkələrinə səfərə çıxan sabiq qubernator, Macarıstan, Litva və Polşaya Ukrayna pasportu ilə gedib.

Yenicag.az

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv