Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynaya qayıtmağa hazırlaşır.

Yenicag.az xəbər verir ki, o, bu barədə “facebook”dakı şəxsi hesabında paylaşım edib. Saakaşvili hazırda olduğu Polşadan Ukraynaya qatarla keçməyi planlaşdrır.

Qeyd edək ki, Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petro Poroşenko onu Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3397
Kateqoriyalar:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."