www.sinerjipro.net

SinerjiProWide
Reklam

Oktyabrın son bazar günü, yəni ayın 29-da dünyanın bir çox ölkələrində saatların əqrəbi bir saat geri çəkiləcək. Azərbaycanda da əvvəllər oktyabr ayında saatlar bir saat geriyə çəkilirdi. Amma iki ildir ki, sovet dövründən qalma bu təcrübədən istifadə etmirik. Artıq ölkəmizdə saatların geri və ya irəli çəkilməsi praktikasına son verilib.

Görəsən, atılan bu addım özünü nə dərəcədə doğrulda bilib?

Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında bildirdi ki, Azərbaycan saatların geri və irəli çəkilməsindən imtina etməklə düzgün addım atıb və bu hal özünü doğruldub:

“Dünyada bazar iqtisadiyyatı modeli ortaya çıxandan sonra artıq saatların geri və ya irəli çəkilməsi məsələsi öz əhəmiyyətini itirib. Sahibkar günün işıqlı vaxtından istifadə etmək üçün istənilən qaydada iş rejimini müəyyənləşdirə bilər. Burada o, sərbəstdir. Çünki prosesi artıq dövlət idarə etmir. Ona görə də artıq burada qənaət məsələsi itir. Bu səbəbdən də bazar iqtisadiyyatının möhkəm təməli qurulan ölkələr saatların yazda və payızda vaxtının dəyişdirilməsi praktikasından əl çəkiblər.

Saatların irəli və geri çəkilməsi insanların psixologiyasına, əsəb-sinir sisteminə, iş rejiminə təsir edirdi. Amma qənaət rejiminə görə bu hala dözürdülər. Artıq qənaət edilmə məsələsi ortadan qaldırılandan sonra isə həmin vəziyyətin saxlanılması yalnız insanların əsəblərilə oynamaq idi. Şəxsən özüm hiss edirəm ki, vaxtın geri və irəli çəkilməsinin dayandırılmasında xeyli səmərə var. Çünki insanların yeni vaxt rejiminə adaptasiya olunması xeyli zaman aparır, insanların sağlamlığına ziyan vururdı”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 881
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."