Saatlıda Axısxa türkləri ilə görüş keçirilib

Saatlıda Axısxa türkləri ilə görüş keçirilib

Müəllif: Redaktor

Editor

14572813_1838895843011987_5046362887197588688_nAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai birliyi tərəfindən icra edilən “Axısxa türklərinin tarixi vətənə dönüşü prosesində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində 06 Oktyabr 2016-cı il tarixində Saatlı rayonunun Şirinbəy kəndində vətənə dönüş icazəsi və şərtli vətəndaşlıq alan axısxa türkləri ilə görüş keçirildi.

Tədbirə Saatlı, Sabirabad və yaxın bölgələrdə yaşayan Axısxa türkləri də qatıldı.

Xatırladaq ki, Axısxa Türkləri’nə vətənə geri dönüş icazəsi və şərtli vətəndaşlıq Gürcüstan dövləti tərəfindən verilir və proses hələ də davam etməkdədir. Axısxa Türklərinin tarixi vətənlərinə geri qayıtması prosesi bu qanunla tənzimlənir.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti