Sabah Bakının bu ərazisində qaz olmayacaq

Müəllif: Redaktor

Editor

Bakı şəhəri Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, nəzərdə tutulmuş işlər aparılacaq. Görulən işlər zamanı, sabah saat 09:30-dan 17:00-dək Sabunçu rayonunun Balaxanı və Sabunçu qəsəbələrinin, eləcə də Anaşkin adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xəzər rayonunun Türkan və Stansiya Qala adlanan ərazilərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Yeniçağ.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir