!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah bu bölgələrdə 43 dərəcə isti olacaq

!Reklam – Yazi

Avqustun 10-dək Azərbaycanda havaların kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında avqustun 05-dən birinci ongünlüyün sonunadək havanın maksimal temperaturunun 35-39°, bəzi günlərdə 41° isti olacağı gözlənilir.

Avqustun 05-dən birinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin isti olacağı, havanın maksimal temperaturunun 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi günlərində 43°, dağlıq rayonlarda isə 29-34° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlıqa gəlincə, avqustun 05-dən 10-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və bürkülü hava şəraiti fonunda çox isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət deyil.

Yenicag.az

www.yenicag.az

838
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv