yenicag.az

Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq

Müəllif: Redaktor

Editor

 

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 70

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri ilə əlaqədar Mərdəkan qəsəbəsinin bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

AzNews.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 12-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Mərdəkan bağları” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti