Yazı İçi 468×60

72e2a453a59658d123066c31445c4953Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 12-də Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibətilə paytaxtda keçiriləcək tədbirlərlə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışacaq. Mərasimə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə sabah saat 07:00-dan başlayaraq ziyarət başa çatana qədər Fəxri xiyabandan Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Polisdən həmçinin bildirilib ki, M. Müşfiq küçəsi ilə H. Cavid prospektlərinin kəsişməsində, M.Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsində, M.Hüseyn küçəsi – Teleteatrın binası yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərdən alternativ yollardan istifadə etməyi, ziyarətə gələnlərdən isə ictimai nəqliyyatdan istifadə etməyi xahiş olunur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."