www.sinerjipro.net

SinerjiProWide
Reklam

f-673Sabah axşamdan başlayaraq Bakıda və Abşeron yarımadasında mülayim şimal küləyi üstünlük təşkil etməyə başlayacaq. Sentyabrın 10-11-də də Bakıda və Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək, axşama doğru mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 9-da Abşeron yarımadasında gündüz isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubutliliyin bir qədər çox olması meteohəssas insanlar üçün əlverişsiz olacaq. Sentyabrın 10-11-də isə mülayim xəzri küləyinin üstünlüyü müsbət amil olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 26-31 dərəcə isti olacaq(aktual).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 70
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."