Sabah hava necə olacaq?

Müəllif: Redaktor

Editor

15abe30138b34575fae6f354d3463ad0Azərbaycan ərazisində noyabr ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə bir qədər aşağı olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 9-11 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 2-5, gündüzlər 13-18, bəzi günlərdə 5-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm), bəzi yerlərdə isə çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 6-9 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 12-17, bəzi günlərdə 5-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə çox olacağı gözlənilir.

Yuxarı Qarabağ – Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 27-34 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-9 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 11-16, bəzi günlərdə 3-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-24 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 5-9 dərəcə isti (gecələr 2-7, bəzi günlərdə 0-5 dərəcə isti, dağlarda 8-13 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 1-6 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın və bir qədər çox (norma 29-73 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran – Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 8-11 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 0-5, gündüzlər 13-18, bəzi günlərdə 4-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-45 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-12 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 1-3 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 12-17, bəzi günlərdə 5-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir