!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah hava necə olacaq?

!Reklam – Yazi

Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində – 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 2-4-də Abşeron yarımadasında isti hava şəraiti və rütubətliliyinin nisbətən çox olması meteohəssas insanlar üçün əlverişsizdir.

Sabah Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Yenicag.az

www.yenicag.az

911
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv