Sabah hava necə olacaq?

Müəllif: Redaktor

Editor

6905d45cb329718596d689b505fc4d36Dekabrın 12-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.

Dekabrın 12-də Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 8-13, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Dekabrın 12-13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır