!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah hava necə olacaq?

!Reklam – Yazi

122581_res_01Sabah Bakıda hava duman və çiskinli olacaq.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, dekabrın 23-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam buludluluğun artacağı gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-13 dərəcə, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı, günün ikinci yarısında isə şimal və qərb rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 23 və 25-də Abşeron yarımadasında arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq.

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv