Sabah hava necə olacaq?

Müəllif: Redaktor

Editor

hava qar yagdi yollarBakı və Abşeron yarımadasında fevralın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 2-də hava şəraitinin çiskinli olacağı, gün ərzində bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.(APA)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir