Sabah hava necə olacaq?

Müəllif: Redaktor

Editor

5FA6B31E-A332-4683-8B78-703CE7D90437_w640_r1_cx7_cy12_cw93_sİyunun 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 16-19 dərəcə isti, gündüz 21-26 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 23-25 dərəcə isti olacaq.

İyunun 2-də Azərbaycanın rayonlarında – bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 14-19 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır