Sabah hava necə olacaq?

Müəllif: Redaktor

Editor

kulekhavaAzərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Azərbaycan rayonlarında iyulun 9-u axşamdan iyulun 12-si gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlədə arabir güclənəcək.

Havanın temperaturu tədricən 4-6 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

İyulun 9-da Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə 4 dərəcəyədək enəcək.

Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 9-da Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü və güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, havanın temeperaturun bir qədər enməsi müsbət amildir.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır