!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah hava necə olacaq?

!Reklam – Yazi

yaqis%d0%b3%d0%be%d0%b4%d0%b059Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, noyabrın 15-də paytaxt və yarımadada səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-11, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 15-dən 17-si gündüzədək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşama doğru arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv