!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah qar yağacaq, yollar buz bağlayacaq

!Reklam – Yazi

hava qar yagdi yollarYanvar 1-də Bakıətrafı avtomobil yolları buz bağlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə -3-0 dərəcə şaxta, gündüz 0-3 isti, Bakıda gecə -1 dərəcəyədək şaxta, gündüz 1-3 dərəcə isti olacaq.
Yanvarın 1-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə -5-1 dərəcə şaxta, gündüz -1 dərəcədən 4 dərəcəyədək isti, dağlarda gecə -10-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə -15 dərəcəyədək şaxta, gündüz -5-0 dərəcə şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.

www.yenicag.az

576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv