!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“The First” mükafatının təqdimetmə mərasimi keçiriləcək

!Reklam – Yazi

Bu gün “VIII THE FİRST” mükafatları sahiblərinə təqdim ediləcək.

Bu barədə Yenicag.az-a tədbirin təşkilatçısı, şair Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, bu mükafat mədəniyyətin inkişafı üçün nəzərdə tutulsa da, elm, siyasət, iqtisadiyyat, ədəbiyyat nümayəndələrinə də təqdim edilir:

“Bu mükafatı müxtəlif ölkələrdən tanınmış insanlar alırlar. Bu günə qədər təkcə qardaş Türkiyədən 30-dan çox sənət adamı – rejissorlar, aktyorlar, idmançılar, millət vəkilləri bu mükafatla təltif ediliblər.

Bizim təqdim etdiyimiz “THE FİRST” mükafatı beynəlxalq mükafat sayılır. Mükafat monitorinq qrupumuzun seçdiyi namizədlərə təqdim ediləcək.

Tədbirə Türkiyədən, Cənubi Azərbaycandan qatılacaq insanlar var. Tədbir isə saat 20:00-da “Hilton” otelində baş tutacaq. Mükafatlandırma mərasiminə dövlət rəsmiləri, millət vəkilləri İsa Həbibbəyli, Məlahət İbrahimqızı, Türkiyənin mədəniyyət müşaviri İrfan Çiftçi, TÜİB sədri Hüseyin Büyükfırat, Azərbaycan Yazıçılar Birliyinin və Bəstəkarlar İttifaqının sədrləri, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Türkiyənin mədəniyyət nazirinin müavini Hüseyin Yayman, Türkiyə səfirliyinin Azərbaycandakı keçmiş mədəniyyət müşaviri Seyid Ahmed Arslan və bir sıra şəxslər qatılacaqlar”.

Bundan başqa Xəyal Rza bildirib ki, bu il 28 nəfərə müxtəlif nominasiyalar üzrə “THE FİRST” mükafatı təqdim olunacaq. Eyni zamanda 3 nəfərə İLESAM-ın “Türk dünyası onur” medalı veriləcək. Bundan bir gün sonra isə Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və İLESAM-ın birgə təşkilatçılığı, “Azərkitab” və “Büyükfırat” qrupunun təşkilatı dəstəyi ilə Dövlət Filarmoniyasında müstəqilliyimizin 26-cı illiyinə həsr olunmuş “3-cü qardaşlıq mədəniyyəti” adında ədəbi-bədii gecə keçiriləcək. Bu ümumi layihələrin keçirilməsində “Büyükfırat” və “Azərkitab”ın böyük təşkilatı dəstəyi var.

Qeyd edək ki, “THE FİRST”in informasiya dəstəkçisi “YeniÇağ” Media Qrupudur.

Mükafatçılardan bir qismini sizə təqdim edirik:

www.yenicag.az

3593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv