!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabaha olan hava proqnozu

!Reklam – Yazi

Noyabrın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

ETSN-dən Yenicag.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 7-10° isti, gündüz 16-20° isti, Bakıda gecə 8-10° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 6-dək Abşeron yarımadasında mülayim payız havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəxək. Səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında çiskin olacaq.

Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10°, gündüz 15-20° isti, dağlarda gecə 0-4°, gündüz 6-11° isti olacağı gözlənilir.

www.yenicag.az

2206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv