Sabaha olan hava proqnozu

Müəllif: Redaktor

Editor

1358540080_havaSentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq.

Cənub küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq. Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 27-32 dərəcə, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Yaxın iki gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir