yenicag.az
yenicag.az

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Müəllif: Redaktor

Editor

bdab8b23b5e45d250bc03c504d3bbe08Bakı və Abşeron yarımadasında oktyabrın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 11-14° isti, gündüz 17-21° isti, Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 %təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti