!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabaha olan hava proqnozu

!Reklam – Yazi

1444382627_yagishli_hava_sulu_qar_00Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 9-11° isti, gündüz 13-16° isti, Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enləcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında isə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

www.yenicag.az

538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv