!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabaha olan hava proqnozu açıqlandı

!Reklam – Yazi

hava_payiz_yagish9Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah – noyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv