!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabaha olan hava proqnozu açıqlanıb

!Reklam – Yazi

e1dfdfb8965bYanvarın 4-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Yeniçağ.Az-a verilən məlumata görə, arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 1-4° isti, gündüz 7-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Yeniçağ.Az

www.yenicag.az

538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv