!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahdan bu yollar açılır

!Reklam – Yazi

e02409ed34feca40a0cc32609bb5da77Bakıda ilk dəfə “Formula-1” Avropa Qran-prisinin keçirilməsi ilə əlaqədar bağlanmış küçələrin böyük əksəriyyəti iyunun 21-i səhər saatlarından etibarən nəqliyyatın hərəkəti üçün birdəfəlik açılacaq.

Bakı Şəhər Halqası Əməliyyat şirkətindən verilən məlumata görə, yarışla əlaqədar Hökumət Evinin ətrafında müvəqqəti olaraq quraşdırılmış tikililərin sökülməsi ilə əlaqədar olaraq Azadlıq meydanı ətrafında olan prospekt və küçələrdə isə nəqliyyatın hərəkəti üçün tətbiq olunan qadağa iyunun 22-dək qüvvədə qalacaq.

Bağlı olacaq yollara aşağıdakılar daxildir:

– Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə olan kəsişməsindən Aleksandr Puşkin küçəsi ilə olan kəsişməsinədək;

– Aleksandr Puşkin küçəsinin Neftçilər prospekti ilə olan kəsişməsindən Üzeyir Hacıbəyov küçəsi ilə olan kəsişməsinədək;

– Üzeyir Hacıbəyov küçəsinin Aleksandr Puşkin küçəsi ilə olan kəsişməsindən Azadlıq prospekti ilə olan kəsişməsinədək;

– Azadlıq prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə olan kəsişməsindən Zərifə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə olan kəsişməsinədək.

Bakı Şəhər Halqası Əməliyyat şirkəti paytaxt sakinlərinin yarış ərəfəsində göstərdiyi anlayışa və dəstəyə görə öz dərin minnətdarlığını bildirir və qeyd edir ki, Avropa Qran-prisi ilə əlaqədar trek ətrafında müvəqqəti quraşdırılmış bütün obyektlər və baryerlər tezliklə sökülərək şəhərin əvvəlki görkəmi bərpa olunacaq.

 

www.yenicag.az

669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv