!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahdan ilk sınaq imtahanına qeydiyyat başlayır

!Reklam – Yazi

Sabahdan mayın 27-də keçiriləcək ilk sınaq imtahanına yazılış başlayır.

Yeniçağ.Az xəbər verir ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə mayın 27-də ilk sınaq imtahanı keçiriləcək. İmtahanın respublikanın 26 şəhər və rayonunda olmaqla, 96 imtahan binasında təşkil olunması nəzərdə tutulur. Sınaq imtahanının keçirilməsi üçün imtahan binalarında ümumilikdə 51050 yer ayrılıb.

İmtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla müəyyənləşdiriləcək. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.

May ayının 27-də keçiriləcək sınaq imtahanına qeydiyyat 12 aprel saat 10:00-dan 23 may saat 10:00-dək aparılacaq. Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı “Şəxsi kabinet”in “Sınaq imtahanı üçün ödəmə kartlarının alınması” bölməsinə daxil olaraq “Sınaq imtahanı’ ödəmə kartını əldə edib, eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib, hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edərək sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Yeniçağ.Az

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv