www.sinerjipro.net

SinerjiProWide
Reklam

erme_mitinqAprelin 13-də Ermənistanın paytaxtında Rusiya əleyhinə etiraz aksiyası keçiriləcək. Modern.az saytı Ermənistan mediasına istinadən verdiyi məlumata görə, aksiyaçılar Rusiyanın Qarabağ cəbhəsindəki son hərbi toqquşmalarda tutduğu mövqeyə və Moskvanın Bakıya silah satışını davam etdirəcəyi barədə mövqeyinə etiraz edəcəklər.

Etiraz aksiyası saat 18.30-da Yerevanın Azadlıq meydanından başlayacaq və Rusiyanın Ermənistandakı səfirliyi qarşısında başa çatacaq.

Verilən məlumata görə, etirazçılar Rusiyadan hərbi-siyasi müttəfiqliklə bağlı öhdəliklərini yerinə yetirməsini, Azərbaycana silah satışını dayandırmasını tələb edəcəklər. Yerli mətbuat bildirir ki, əgər bu tələblərə əməl olunmasa, o zaman erməni cəmiyyətində əslində Rusiyanın müttəfiq olmadığı, eyni zamanda Ermənistanın da müttəfiq kimi öhdəliklərinin qalmadığına birdəfəlik əminlik yaranacaq.

“Uzun illər boyu Rusiya Azərbaycana 5 milyard dollarlıq silah və döyüş sursatı, o cümlədən kütləvi qırğın silahlarından olan “Смерч” və ТОС-1А “Odsatan” satıb”, – deyə Ermənistan KİV-i yazıb.

Yayılan xəbərlərdə deyilir ki, Rusiya Azərbaycanın başqa ölkələrdən silahlar almaması üçün bu mövqedən çıxış edir. Ancaq iddia olunur ki, ABŞ, Fransa və bir sıra digər ölkələr guya Azərbaycana silah satmaqdan imtina edib. Ermənilərin fikrincə, əslində bu cür yalançı arqumentlər törədilmiş cinayətə görə məsuliyyətdən qaçmaq üçündür.

Qeyd edək ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozin Ermənistanın tələblərinə cavab olaraq Moskvanın strateji tərəfdaşı kimi Azərbaycana silah satmaqda davam edəcəyini bildirib və bu da erməniləri qəzəbləndirib. Ermənilər Rusiyanı xəyanətdə ittiham edir, ölkənin prezidenti və müdafiə naziri də Azərbaycana silah satılmasına sərt etiraz edib ki, onların Moskva tərəfindən cəzalandırılacağı ehtimal olunur.

Bəzi ekspertlərə görə, Sərkisyan xalqın özünə olan qəzəbini soyutmaq, diqqəti özündən yayındırmaq üçün etirazları Rusiyaya doğru yönəldib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."