!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahın havası belə olacaq

!Reklam – Yazi

Sabaha olan hava proqnozu açıqlanıb.

Yenicag.az xəbər verir ki, oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az saytına verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 16-18° isti, Bakıda gecə 14-16°, gündüz 16-18° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq.

Azərbaycanın rayonlarına oktyabrın 2-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 15-19° isti, dağlarda gecə 2-5°, gündüz 6-9° isti olacağı gözlənilir.

www.yenicag.az

2091
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv