Sabiq başçının hakim bibisi oğlu necə sələmçiyə çevrildi?

Sabiq başçının hakim bibisi oğlu necə sələmçiyə çevrildi?

Müəllif: Redaktor

Editor

 

Tahir Kərimovun hakim işləyən bibisi oğlu necə sələmçiyə çevrildi və...

Tahir Kərimovun hakim işləyən bibisi oğlu necə sələmçiyə çevrildi və…

Oğurluq 38 milyonluq sərvətin Azərbaycanda artıq törətdiyi fəsadları bir daha diqqətlərə çatdırmaq istəyirik. Bu barədə keçən günlərdə “Qana bulaşmış şübhəli milyonlar və… – Tapdıq Mahmudovun qorxduğu mövzu” başlıqlı yazımızda müəyyən məqamlara aydınlıq gətirmişdik.

Kimdir Tapdıq Mahmudov? Bir daha xatırladırıq…

Düz 6 il əvvəl baş vermiş bir qətl hadisəsi Azərbaycanda böyük rezonansa səbəb oldu. Söhbət o zamanlar Ali Məhkəmənin cinayət işləri üzrə məhkəmə kollegiyasının hakimi işləyən, hazırda isə Gəncə Apellyasiya Məhkəməsinin sədri postunu tutan Tapdıq Mahmudovun həyat yoldaşının xüsusi amansızlıqla qətlə yetirilməsindən gedir. Onu da bildirək ki, DİA.AZ-a bu olayı da özündə ehtiva edən bir sıra ilginc faktların yer aldığı material daxil olub.

Hələliksə, qayıdaq 6 il əvvələ…

Xatırladaq ki, Tapdıq Mahmudovun mərhum həyat yoldaşı Natəvan Mahmudovanı qətlə yetirən şəxs 38 yaşlı Xalidə Bababəy qızı Əhmədova idi. O zamanlar mediada bu barədə deyilirdi: “Buzovna qəsəbəsindəki hərbi şəhərcikdə yaşayan Xalidə Əhmədova ilkin dindirmə zamanı bildirib ki, qətli sələm pul üstündə törədib. Onun sözlərinə görə, mərhum sələm pul verməklə məşğul olurmuş. Natəvan Mahmudova ona da müəyyən miqdarda pul veribmiş. Xalidə dindirmə zamanı Natəvan Mahmudovanı öldürmək məqsədi olmadığını deyib. Sadəcə, hadisə baş verən gün pulla bağlı hansısa məsələsini aydınlaşdırmaq üçün Mahmudovların evinə gəlib və aralarında mübahisə yaranıb”.

Digər bir məlumatda isə deyilirdi ki, hakimin həyat yoldaşı Əhmədli qəsəbəsində yerləşən 7 saylı uşaq poliklinikasında uşaq həkimi işləyib. Həmin poliklinikada, qohum-qonşuda kimə borca pul lazım olubsa, onlar hakimin həyat yoldaşına müraciət ediblər. Xalidə Əhmədova da tanışları vasitəsilə hakim arvadından borc olaraq bir neçə dəfə pul alıb. Sonradan isə bu münasibətlər bir qədər də dərinləşib. X.Əhmədova hakimin həyat yoldaşından müxtəlif məbləğlərdə pul alaraq faizə verib. Pulu geri qaytaranda isə faizin müəyyən hissəsini də aralarında bölüblər.

Sonuncu dəfə isə X.Əhmədova hakimin həyat yoldaşından 15 min dollar pul alaraq faizə verib. 2 ay bu məbləğin faizini ödədikdən sonra pulu ödəməkdən imtina edib. Bu zəmində hakimin həyat yoldaşı ilə onun arasında mübahisə yaranıb. Hadisə baş verən gün Xalidə Əhmədova səhər hakimin evinə gedərək onun həyat yoldaşı ilə telefonda başlanmış mübahisəni davam etdiriblər. Həmin vaxt hakimin həyat yoldaşının ürəyində problem yaranıb. Qadın valerian qəbul edib. Mübahisə getdikcə gərginləşib. Nəticədə tərəflər bir-birinə əl qaldırıblar və X.Əhmədova hakimin həyat yoldaşının başını divara çırpıb. Bu zaman qadın “Xalidə, qurban olum, məni öldürmə” qışqırıb.

Bu yerdə qeyd edək ki, qonşuluqda yaşayan bir qadın qışqırıq səsini eşitsə də buna əhəmiyyət verməyib. Üstəlik qonşu qadın qətl hadisəsindən sonra dindirilən zaman “Xalidə” ilə “Nailə” sözləri həmahəng olduğundan əməliyyatçılara səhv deyib. N.Mahmudova yerə yıxılandan sonra X.Əhmədova yastığı üzünə qoymaqla onu boğub.

Qeyd edək ki, araşdırmalar zamanı X.Əhmədovanın əvvəllər Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlama) və 178-ci (dələduzluq) maddələri ilə məhkum olunduğu da prtaya çıxmışdı. Əməliyyat-istintaq qrupu X.Əhmədovanın evinə baxış zamanı onun evindən təxminən 2 kiloqram miqdarında qızıl-zinət əşyaları, həmçinin 25 min manat məbləğində pul aşkarlanaraq maddi sübut kimi götürülüb. Bu qədər sərvətin Tapdıq Mahmudovun evindən götürüldüyü də məlum olub.

Gələk əsas məqama…

Həmin zaman yerli KİV-lərdə belə bir iddia da səsləndi ki, guya Tapdıq Mahmudovun həyat yoldaşının kimlərəsə sələmə pul verməsindən xəbəri olmayıb. Hər halda belə bir məlumatın o zaman ictimai rəyə buraxılması sonradan aydın olur ki, səbəbsiz deyilmiş. Bununla bağlı DİA.AZ-a daxil olan məlumatda deyilir ki, əslində Tapdıq Mahmudovun bu sələm məsələsindən nəinki xəbəri olub, hətta sələm üçün ayrılan vəsaiti özü təşkil edirmiş.

Mənbənin iddialarına görə, bu zaman onun köməyinə hazırda işsiz olan sabiq icra başçılarından biri çatırmış. Məlumata görə, həmin sabiq icra başçısı xarici ölkələrin birində oğullarının vasitəsilə çirkli pulların yuyulması ilə məşğul olduğundan əlində kifayət qədər ciddi məbləğdə – milyonlarla nağd pul olub. Həmin pullar isə Azərbaycanda Mahmudovların vasitəsilə müxtəlif şəxslərə sələm kimi verilib və əldə olunan qazanc da hakimlə sabiq icra başçısı arasında bölüşdürülüb.

Mənbə dia.az-a açıqladığı faktlarda iddia edir ki, məlum qətlin istintaqı zamanı hətta iri iş adamlarının, nüfuzlu məmurların belə Mahmudovlardan sələmə pul götürdüyü ortaya çıxıb. Lakin bu faktın incəliyinə o qədər də varılmayıb.

Tapdıq Mahmudov Bakıdan Gəncəyə gedir…

Beləcə, əlində böyük pul kütləsi olan Tapdıq Mahmudov bu sələmçilik fəaliyyətində ən yaxın adamını itirsə də, özünün qeyd olunan istiqamətdəki fəaliyyətini davam etdirir. Bu barədə də dia.az-a yazan mənbə iddia edir. Qaynağın bildirdiyinə görə, Tapdıq Mahmudov həmin yaxın qohumu olan keçmiş icra başçısının çirkli pulları hesabına özünə təkcə sərvət yox, həm də mövqe də qazandığından bu gün belə bir çirkli reputasiyaya malik şəxs Gəncə kimi iri bir şəhərin Apellyasiya Məhkəməsinin sədri postuna qədər yüksəlməyi belə bacarır.

Yenə də qayıdaq həmin ərəfədə Mahmudovun sələm məsələsindən xəbərsiz olması barədə uydurulan informasiyalara… Xatırladaq ki, Tapdıq Mahmudov həmin zaman Ali Məhkəmənin cinayət işləri üzrə məhkəmə kollegiyasının hakimi işləyirdi. Yəni belə bir PEŞƏKAR məhkəmə işçisi hər halda evində baş verən olaylardan xəbərdar olmaya bilməzdi.

Tahir Kərimovun hakim işləyən bibisi oğlu necə sələmçiyə çevrildi və...

Tahir Kərimovun hakim işləyən bibisi oğlu necə sələmçiyə çevrildi və…

Bəli, bu gün isə aydın olur ki, həmin Tapdıq Mahmudova arxa-dayaq olan bir zamanlar Salyan rayonuna rəhbərlik etmiş bibisi oğlu Tahir Kərimovdur. Tahir Kərimovun oğlunun Rumıniyada “fırlatdığı” 38 milyonluq sərvət isə məhz Mahmudovlar ailəsinin “özəl bankı” tərəfindən sələm şəklində müxtəlif iş adamlarına, hətta məmurlara belə verilib.

Məhkəmədə işləyən və kimin hansı dərəcədə “problemli” olduğunu, nə qədər pula ehtiyacının olduğunu yaxşı bilən Tapdıq Mahmudov məhz çirkli pulları təkrar olaraq sələm şəklində dövriyyəyə buraxdığının nəticəsidir ki, artıq bu qana bulaşmış sərvət bir CAN ALIB…

Təbii ki, bizləri bir vətəndaş olaraq burada daha çox narahat edən faktların ən başlıcası Tapdıq Mahmudovun təkcə cəmiyyətdə deyil, həm də ciddi bir postda özünə mövqe qazanmasıdır. Məgər möhtərəm Ədliyyə Nazirliyinin rəhbərliyi bunları bilmirmi? Onlar bilmirlərmi ki, sələmçiliyi nəticəsində həyat yoldaşını itirmiş bir şəxs Gəncə kimi bir şəhərdə nəinki ədaləti təmsil edə bilməz, hətta DÖVLƏT ADINDAN məhkəmə qərarlarını elan etməsi belə cinayətdir.

BUNLARI ƏDLİYYƏ NAZİRİMİZ BİLMİRMİ?

Möhtərəm nazirimzə aydın deyilmi ki, belə bir şəxs dövlət adına apellyasiya şikayətlərini dəyərləndirib qərar verə bilməz. Bu adam istənilən halda ədalətsiz olacaq və dövlətimizin adını ləkələyən Avropa Məhkəməsinə şikayətlərə rəvac vermiş olacaq, zəmin yaradacaq. Məhz Tapdıq Mahmudov kimi qeyir-peşəkar və qeyri-sağlam hakimlərin sayəsində Azərbaycan dövləti Avropa Məhkəməsində öz vətəndaşları ilə üz-üzə qalmalı olur.

Yəni sözümüz budur ki, cənab Ədliyə Naziri Fikrət Məmmədov bu barədə düşünsün…

Ən azından AZƏRBAYCAN NAMİNƏ!

Araşdırma, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti