!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq icra başçısına hökm oxundu

!Reklam – Yazi

meh67Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R. Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Alışov Rafiq Şıxməmməd oğlu Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1994-2001-ci illərdə işləyib. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmənin hazırlıq iclasında o, həbs edilib.

Xatırladaq ki, R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.(Report)

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv