Yazı İçi 468×60

hebs3Serbiya polisi sabiq kənd təsərrüfatı naziri və digər yüksək vəzifəli şəxslər daxil olmaqla korrupsiya cinayətlərində şübhəli bilinən 80 nəfər saxlanılıb. Saxlanılan şəxslərin cinayət əməlləri nəticəsində dövlətə 100 milyon avrodan çox zərər dəyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiyanın DİN rəhbəri Neboyşa Stefanoviç Belqradda keçirdiyi mətbuat konfransında bildirib.

“Əməliyyat dövlət orqanları ilə əlaqəli maliyyə kriminalı və korrupsiya cinayətləri ilə mübarizə çərçivəsində keçirilib”, deyə nazir qeyd edib.

“Rezak” şərti adı altında birgə əməliyyat Serbiya polisi, vergi və prokurorluq orqanlarının əməkdaşları tərəfindən keçirilib və 2004-cü ildən bu vaxtadək qeydə alınmış korrupsiya tərkibli 25-dək müxtəlif epizodu əhatə edib. Saxlanılan 80 nəfər və saxlanılması planlaşdırılan 39 şəxs çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vermə, sənədlərin saxtalaşdırılması, dövlət satınalmaları ilə fırıldaqçılığa yol verməkdə şübhəli bilinirlər.

Şübhəli şəxslərin əksəriyyəti dekabrın 25-i və 26-da saxlanılıblar.

Qeyd edək ki, şübhəli bilinənlər arasında iki sabiq nazir müavini, bir neçə bələdiyyə rəhbəri, dövlət müəssisələrinin rəhbərləri və sahibkarlar var. Saxlanılan ən yüksək vəzifəli şəxslər arasında 2004-2008-ci illərdə kənd təsərrüfatı naziri vəzifəsində çalışmış Slobodan Milosavleviç və Korrupsiya ilə mübarizə Respublika Agentliyinin keçmiş direktoru Zorana Markoviçin də olduğu bildirilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."