yenicag.az
yenicag.az

Sabiq nazirdən məktəblərdəki zorakılıq hallarına – Etiraz

Sabiq nazirdən məktəblərdəki zorakılıq hallarına – Etiraz

Müəllif: Redaktor

Editor

firudin_celilov_esas“Pedaqoji baxımdan heç bir müəllimin şagirdi döyməyə ixtiyarı çatmır”.

Bunu açıqlamasında sabiq təhsil naziri Firuddin Cəlilov orta məktəblərdə müəllimlər tərəfindən fiziki zorakılığa məruz qalan şagirdlərin döyülmə faktları ilə bağlı yayılan videogörüntülərə münasibətində deyib.

Onun sözlərinə görə, döyülmə faktları uşaqlarda bu gün də olmasa, bir müddətdən sonra ağır fəsadlar verə bilər: “Şagirdi vurarsan, onda travma yaranar. Uşaqları döyməzlər, sözlə başa salarlar, danlayarlar. Şagirdlərin gözünün qarşısında uşaqları döymək yolverilməz haldır. Hətta xaricdə, inkişaf etmiş ölkələrdə uşaqlara telefon verirlər, deyirlər ki, kim sənin xətrinə dəysə, bu nömrəyə zəng elə. Ailədir, ata-ana uşağa qışqırır, yaxud nəsə əsəbiləşir. Bu zaman gəlib onları “niyə onların xətrinə dəyibsən” deyə cəzalandırırlar. Uşaqları böyük insan kimi saymaq, onunla hesablaşmaq lazımdır”.

F.Cəlilovun fikrincə, uşaqların döyülməsi ilə bağlı faktlar lazımı qurumlarda araşdırılmalı və qanunun tələb etdiyi səviyyədə ölçü götürülməlidir”.(Aznews)

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti