Sabiq nazirə yeni vəzifə verildi

Müəllif: Redaktor

Editor

b0104ca53f70b837f384825650bd33c2-300x260Sabiq maliyyə naziri Əvəz Ələkbərova yeni vəzifə verilib. Modern.az xəbər verir ki, o, Azərbaycan Dövlət İqtisad Universitet kafedra müdiri vəzifəsinə təyin edilib.

Ə.Ələkbərov bildirib ki, Təhsil Nazirliyi və universitet rəhbərliyi tərəfindən bu işə dəvət olunub: “3 kafedra- maliyyə, vergi və vergiqoyma, bank işi kafedraları birləşdirilərək, Maliyyə və maliyyə institutları kafedrası yaradılıb. Mən də bu təklifi qəbul etdim. Kafedrada 11 elmlər doktoru və 33 elmlər namizədi fəaliyyət göstərir. 60-dan çox əməkdaşımız var. Nümunəvi bir kafedra yaratmaq, tanınmış universitetlərlə, eyni adlı kafedralarla əməkdaşlıq etmək, universitetimizin imicini artırmaq, bakalavr və magistrlərə müasir səviyyədə təhsilin keyfiyyətini artırmaq, professor-müəllim heyətinin səviyyəsini yüksəltmək, universitetin ictimai-siyasi həyatında aktiv iştirak etmək istəyirik”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir