!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq polis rəisinin ölkədən çıxışına qadağa qoyuldu

!Reklam – Yazi

Sabiq polis rəisinin dələduzluqda təqsirləndirilən arvadı Leyla Əkbərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinahətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmədə zərərməkmiş tərəf sabiq polis rəisi Mahir Əkbərovun məhkəməyə məcburi gətirilməsi və yenidən dindirilməsi ilə bağlı vəsatəti geri götürüb. Məhkəmə də M.Əkbərovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərarı ləğv edib.

Yalnız M.Əkbərovun ölkədən çıxışına qadağa qüvvədə saxlanılıb.

Məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxış üçqn məhkəmədən dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmə aprelin 26-da davam edəcək.

Qeyd edək ki, L.Əkbərovanın işi işə düzəlmək, təqaüdə çıxmaq üçün pulları zərərçəkmişlərdən biri olan Anarə Məmmədova vasitəsi ilə Leyla Əkbərovaya çatdırıblar.

Anarə Məmmədova ərinə ikinci təhsil diplomu almaq üçün Mahir Əkbərova 12 min manat verdiyini deyir. Bundan əlavə A.Məmmədova iddia edir o, digər qohumlarını da işə düzəlmək, təqaüdə çıxmaq üçün L.Əkbərova ilə tanış edib və ümumilikdə Əkbərovlara 116 min manat pul veriblər. Zərərçəkmişlər bu dələduzluq işində Mahir Əkbərovun da əlinin olduğunu deyirlər.

Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.

Mahir Əkbərov Binəqədi rayon Polis İdarəsinin narkotiklə mübarizə şöbəsinin rəisi olub.

Yeniçağ.az

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv