Sabir Rüstəmxanlı seçicilərə müraciət etdi

Müəllif: Redaktor

Editor

12188699_10206858864403170_214634418_nVətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı 58 saylı Hacıqabul-Kürdəmir və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələrindəki seçicilərə müraciət edib.

VHP mətbuat xidmətindən verilən məlumata görə, Sabir Rüstəmxanlı sözügedən dairədəki seçiciləri aktiv olmağa və partiyanın ideologi xəttini illərdir şərəflə daşıyan 2 namizədə səs verməyə çağırıb: “Bu seçkilərə şəxsən özüm qatılmasam da, VHP-nin siyasi-ideoloji xəttinə sadiq olan, ölkədə kifayət qədər böyük nüfuza sahib ziyalılar – akademik Rafael Hüseynov və professor Fəzail İbrahimlinin namizədlikləri partiyamız tərəfindən irəli sürülüb. Hər iki namizədi çox gözəl tanıyırsınız, illərdir qələmləri, araşdırmaları ilə Azərbaycan tarixinin müxtəlif sahələrinə işıq tutan, araşdırmaları ilə mədəniyyətimizə xidmət edən bu ziyalılar Milli Məclisdə təmsil olunduqları müddətdə də dövlətçiliyi əsas prioritet seçiblər, xüsusilə Avropa Parlamentində Azərbaycanın milli maraqlarını yüksək səviyyədə qoruyublar. AŞ PA-dakı müzakirələrdə qətiyyəti, prinsipiallığı və Ermənistanın işğalçılıq siyasətinin ifşası istiqamətində ardıcıl mübarizələri ilə hər zaman seçiliblər. Onların yenidən Milli Məclisdə təmsilçiliyi ölkəmizə, dövlətçiliyimizə və əlbəttə ki, hər şeydən öncə seçicilərinin maraqlarına olduqca uyğundur.

Əziz seçicilər!
58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsində Rafail Hüseynovu, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən Fəzail İbrahimlini dəstəkləməyiniz həmrəylik, milli birlik ideyasına münasibətiniz, ölkəmizin milli maraqlarına töhfəniz olar. Bu baxımdan sözügedən dairələrdəki bütün seçiciləri Rafail Hüseynov və Fəzail İbrahimliyə səs verməyə çağırıram”.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır