www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində millət vəkili Sabir Rüstəmxanlının yaradıcılığına həsr olunan konfrans keçirildi.

Tədbiri giriş sözü ilə Samir Adıgözəlli açaraq, tədbirin millət vəkili Sabir Rüstəmxanlının qızı Aydan Rüstəmxanlıya verdi.

Atasının bütün şeirlərinə bəstələnmiş mahnıları bir araya toplayaraq, S.Rüstəmxanlıya doğum günü sürprizi edən Aydan Rüstəmxanlı bu proyekti davam etdirəcəyini bildirdi.

Tədbirdə çıxış edən “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva S. Rüstəmxanlının yaradlıcılığından geniş danışıb. O, bildirib ki, “Çağdaş ədəbiyyatda azərbaycançılıq” mövzusu dissertasiya işi üzərində işləyərkən Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə, Məmməd Araz kimi şairlərin yaradıcılığına müraciət edib: “Allah yaratdığı insana doğulduğu torpağın taleyindən verir. Ona görə də bu şairlərin ruhunda başqa yozumun olması mümkün deyildi”. 

S.Vəliyeva Sabir Rüstəmxanlının “Gəncə qapısı” kitabından da danışıb: “Bu kitab çap olunana qədər Sabir Rüstəmxanlı tanınmış gənc şair idi. S.Rüstəmxanlının ruhu sərhədsizdir. Əlbəttə, deyə bilərəm ki, bizim xoşbəxt gəncliyimiz olub. Mənim tələbəlik illərim 1981-ci ildən başlayıb. Biz o zaman dərsdən qaçıb Sabir Rüstəmxanlı və digər gənc şairlərin poeziya gecələrinə gedirdik. Həsrət çəkirdik ki, görəsən, bu dəfə Sabir Rüstəmxanlı hansı şerini oxuyacaq. O zamanlar Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı üç dost idilər. Onların hər birinin yaradıcılığında üstünlük verdiyi mövzular var idi. Amma S.Rüstəmxanlı mütləq ana dilindən, vətənpərvərlik mövzusunda şeir deyərdi”. 

S.Vəliyeva deyib ki, elə bu şeirlər tez bir zamanda S. Rüstəmxanlının xalqın sevimlisi edib: “İnsanın evini İlahi tikməli, milləti qurmalıdır. Hər könüldə ev qurmaq hər şairə nəsib olmur, amma Sabir bəy bunu bacardı. Sovet hakimiyyəti illərində Azərbaycan dili dövlət dili olsa da, rus dili hakim idi. Tədbirlər bu dildə aparılırdı. O zaman keçirilən tədbirlərə təhlükəsizlik komitəsinin mülki geyimli şəxsləri də gəlirdi. Belə tədbirlərdə Sabir bəyə nə vaxt söz verilirdisə, o öz dilində danışırdı, hətta rusca danışanlara həqarət edən “Sağ ol, ana dilim” kimi çox cəsarətli şeirlər oxuyurdu. Əlbəttə bütün bunlara görə, ona müxtəlif təpkilər olurdu, lakin bu təpkilərə görə geri çəkilmək də yox idi”. 

Daha sonra S.Vəliyeva Sabir Rüstəmxanlının “Ömür kitabı”na həsr etdiyi “Sərhəd adamı” şeirini oxuyub.

Türkiyənin milli sənətçisi və fikir adamı Əhməd Şəfəq Sabir Rüstəmxanlının əsərlərindən sitatlar gətirərək, “Sabir Rüstəmxanlı bir işığın prizmaya dönüşməsidir. Bütövlüyün yolçusudur. Sabir bəyin kitablarında bütövlük yolunda necə mübarizə aparılmalı, bu öyrədilir. Sabir Rüstəmxanlı bizə yol göstəricisidir.” söylədi.

“Sabir Rüstəmxanlının yaradıcılığına baxdığımızda Türk dünyası və coğrafiyasının xəritəsini görmək mümkündür. Onun əsərləri Azərbaycan və Türkiyə ədəbiyyatının ən dəyərli incilərindəndir. Sabir Rüstəmxanlı demək olar ki, bütün həyatını türkçülük ideologiyalarının yayılmasına sərf etmiş bir insandır”. Bunu da Əhməd Şəfəq Dəyirmi Masada çıxış edən zaman deyib. 

Əhməd Şəfəq sözünü bu cümlə ilə bitirdi:”Sabir Rüstəmxanlı tarixi ayağa qaldıran kişilərdəndir. O, tarixlə milləti barışdırmaq yolundadır”.

Cahandar Bayoğlu isə bunları söylədi: “Sabir Rüstəmxanlı millətin həm dərdini deyib, həm onu müalicə edən aydınlarımızdandır. Sabir bəyin keçirdiyi bütün görüşlərində hər zaman milli mövqe sərgiləmişdir. Mən Xətai yurdundan göy Tanrıya uzanan yolda uğurlar arzulayıram”.

Daha sonra konfrans poeziya gecəsi ilə işinə davam etdi.

Konfrans davam edir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 61
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."