İcra başçısı fermeri canından bezdirib – Şikayət

İcra başçısı fermeri canından bezdirib – Şikayət

Müəllif: Baş Redaktor

Baş Redaktor

bascc9Qəbələnin Laza kənd sakini, fermer Ağaşirinov Valeh Məciməddin oğlu redaksiyamıza məktub yazıb

 
Şikayət məktubunda qeyd olunub ki,  uzun müddətdir fermer təsərrüfatı yaradıb ailəsini dolandırmaqla yanaşı fermerlərin inkişafına köməklik edir.
“Qəbələ rayon sakini olsam da, fermer təsərrüfatının inkişafı üçün qış aylarını Zərdabda qış yatağında, yay fəslində isə Qubada yaylaqda qalırıq. Artıq bu bizim yaşam tərzimizdir. Qışlaq sahəsi üçün Zərdab rayon ərazisində dövlət mülkiyyətində olan 70 hektar torpağı örüş sahəsi kimi uzun müddətli istifadə etmək üçün Zərdab Rayon İcra Hakimiyyəti ilə 02 may 2014-cü il tarixdə icarə müqaviləsi bağlamışam. Həmin torpaq sahəmin üzərində yardımçı bina yaşamaq və mal-qoyun sürüsünü saxlamaq üçün tikinti aparıb ondan istifadə edirəm.
Həmin ərazidə ümumi sahəsi 306 hektar olan örüş torpağından istifadə üçün məndən başqa digər iki nəfər fermerdə müqavilə  bağlamışdır. İndi hər fermerə müqavilə əsasında ayrılmış torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi zərurəti yaranıb. Buna görə ortada süni ixtilaflar, ziddiyyətlər yaranmışdır ki, buna görə mənim hüquqlarım pozulub”,-deyə şikayətçi bildirib.
Onun sözlərinə görə, müqavilə əsasında verilmiş 70 hektar torpaq sahəsinin sərhədləri qanunla fermanın və müvəqqəti yaşamaq üçün tikilmiş evin əhatə etdiyi ərazidən təyin edilməsi əvəzinə tam qanunsuz olaraq başqa yerdən təyin etmək istəyirlər: “Bu saxtakarlıq və qanunsuzluqdur. Çünki neçə ildir ki, mən həmin yerdə ferma, ev tikib torpaqdan istifadə edirəm, buradan heç nə dəyişməyib.
306 hektar torpaq sahəsi eyni kateqoriyadır. Qışlaq sahəsi üçün Zərdab Rayon İcra Hakimiyəti başçısı ilə müqavilə bağlayan Alim adlı şəxs isə fermer deyil, Qəbələ rayonunda taxsilik fəaliyyəti ilə məşğul olur. Sadəcə olaraq Zərdab Rayon İcra Hakimiyyətinin işçisi kimi özünü təqdim edən Mehman adlı şəxslə əlbir olub müqavilə bağlayıb dəllalıqla məşğuldur.
Alim həmin icarəyə götürdüyü torpağı başqa şəxslərə icrəyə verməklə pul qazanır. İndi də qanunu icarə müqaviləsi ilə istifadə etdiyim qışlaq örüş sahəmin sərhəddini dəyişmək istəyirlər. Buna görə də mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Prezident yanında Apellyasiya Şurasının sədri cənab Eldar Nuriyevə, Aqrar siyasət məsələri şöbəsinin müdiri cənab Azər Əmiraslanova,  Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədova, Əmlak Komitəsinin sədri cənab Kərəm Həsənova və digər vəzifəli şəxslərə müraciət edib xahiş edirəm bu qanunsuzluq faktını tam, hərtərəfli və obyektiv araşdırıb qanunu tədbirlər görəsiniz.(tia.az)
Kriminal, Banner

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti