yenicag.az

Sabirabadda 20 yaşlı qız intihar edib

Sabirabadda 20 yaşlı qız intihar edib

Müəllif: Redaktor

Editor

159518_res_01Sabirabadda 20 yaşlı qız intihar edib.

Dünən axşam saatlarında Kür çayının Sabirabad rayonunun Narlıq kəndindən keçən hissəsində 20 yaşlı kənd sakini özünü çaya ataraq intihar edib.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə intihar edən kənd sakini 1996-cı ildə anadan olmuş Qəhrəmanova Sehranə Polad qızıdır.

Hazırda FHN-nin dalğıc-xilasediciləri suda batmış S.Qəhrəmanovanın cəsədinin axtarışlarını aparırlar. Kənd sakinlərinin saytımıza verdiyi məlumata görə Sehranə Qəhrəmanova ruhi xəstəlikdən əziyyət çəkdiyi üçün bir müddət əvvəl həyat yoldaşından ayrılaraq atası evində yaşayırmış.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti