Sabirabadda əməliyyat: külli miqdarda narkotik aşkarlandı

Sabirabadda əməliyyat: külli miqdarda narkotik aşkarlandı

Müəllif: Redaktor

Editor

166933_res_01Sabirabad rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs tutulub.

“Report”un məlumatına görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı “Xaş-xaş 2016” kompleks tədbirlər planına uyğun əməliyyat həyata keçiriblər.

Əməliyyat zamanı rayonun Əsgərbəyli kənd sakini Rüstəm Qardaşəli oğlu Qarayevin evinə baxış keçirlən zaman oradan 53 ədəd kibrit qutusunda çəkisi 360 qram olan narkotik vasitə və açıq şəkildə qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti