!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabirabadda ot daşıyan traktor aşdı, sürücü öldü

!Reklam – Yazi

208a1e0f182e45bcfed56536445d0a9fSabirabadda ot daşıyan traktorun aşması nəticəsində sürücü ölüb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19.00 radələrində Sabirabad rayonunun Dadaşbəyli kəndində baş verib.

Həmin kəndin sakini, 1960-cı il təvəllüdlü Qasımov Eynulla Mürşüd oğlu idarə etdiyi “Belarus” markalı traktoru su kanalına aşırıb. Bu zaman otla yüklü olan traktordan tullanan sürücü aşan traktorun altında qalıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv