Ads by Google

hightechnic
Ads by Google
qqq6Avqustun 19-da Sabirabad şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Sabirabad Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə qarpız festivalı keçirilib.
Bakıdan və ətraf rayonlardan gələn qonaqların və yüzlərlə sabirabadlının iştirak etdiyi festivalda qarpız üzərində bədii oyma sənəti nümunələri, qarpızdan hazırlanmış 20 növ təam (qarpız mürəbbəsi, qarpız kompotu, qarpız turşusu, qarpız şərbəti, qarpızdan hazırlanan tort, qarpız kababı, qurudulmuş qarpız tumlarından dəmlənmiş çay və s.) nümayiş etdirilib.
Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” adlı əsəri əsasında hazırlanmış səhnəcik, pəhlivanların başla qarpız sındırma rekordu (Həşimxanlı kənd klubunun pəhləvanları), qarpız tortunun kəsilməsi festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Daha sonra respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.
Axşam saatlarınadək davam edən qarpız festivalı iştirakçılara əyləncəli anlar, xoş təəssürat və müsbət emosiyalar bəxş edib.
Festival atəşfəşanlıqla başa çatıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 125
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."