yenicag.az

Sabunçuda qadını maşın vurdu – Foto

Sabunçuda qadını maşın vurdu – Foto

Müəllif: Redaktor

Editor

15731565_847229915420313_400536721_nÖtən gecə Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Yolu keçmək istəyən piyadanı avtomobil vurub.

Hadisə Sabunçu rayonu şəhər sossesində qeydə alınıb.

Yolu keçmək istəyən Fərzəliyeva Zülfiyyə Ramiz qızını Vaz 2106 markalı avtomobil vurub. Hadisədən sonra sürücü özü yaralını xəstəxanaya gətirib. Həkimlər ona tibbi yardım göstərib. Zülfiyyə Fərzəliyevanın həyatı üçün təhlükə olmadığı bildirilib.

Polis əməkdaşları sürücünün ifadəsini alıblar. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar avtotexniki ekspertiza təyin olunub.

Ekspertlərin rəyindən sonra sürücünün əməlinə hüquqi qiymət veriləcək.

Yeniçağ.Az

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti