Yazı İçi 468×60

ishdenqovulma12Şamaxı rayonunda 9-cu sinif şagirdinə qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan Elnur İbrahimov Pirbəhli kənd orta məktəbindəki müəllim vəzifəsindən çıxarılıb.

Bu barədə AzNews.az-a Pirbəhli kənd orta məktəbinin direktoru Pənah Bəşirov məlumat verib. O qeyd edib ki, mart ayının 28-dən etibarən E.İbrahimovun məktəbdəki işinə xitam verilib: “Bu hadisə məktəbdə baş verməyib. Lakin Elnur müəllim məktəbə gəlsə də, mən onu təhsil müəssisəsinə buraxmaq iqtidarında deyiləm”.

P.Bəşirov bildirib ki, E.İbrahimov həmin şagirdə dərs deməyib: “Bizim baş verənlərlə bağlı böyük məlumatımız yoxdur. Ola bilsin ki, o bunu, bu da onu şantaj edib. Amma mən bilmirəm ki, bu, nə dərəcədə doğrudur. Kənarda olan işlərə biz cavabdeh deyilik. Məsələ ilə bağlı mən Təhsil Nazirliyində olmamışam, məktəbin pedaqoji müəllim heyəti bununla bağlı izahat verib”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."