!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sağlam böyüyən gənclik – Xaçmazda

!Reklam – Yazi

img_4306Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam Böyüyən Gənclik” layihəsinin növbəti tədbirini Xaçmaz şəhərində keçirib.

Tədbiri giriş sözü ilə açan Xaçmaz rayonundan millət vəkili seçilmiş Eldəniz Səlimov bu layihənin mahiyyətindən və gənclər siyasəti sahəsində dövlət tərəfindən atılan önəmli addımlardan danışıb. O qeyd edib ki, Azərbaycanda son dövrlərdə sosial, iqtisadi islahatlarla yanaşı gənclər siyasəti sahəsində də mühüm işlər görülür: “Gənclər Fondunun bu sahədə fəaliyyəti təqdirəlayiqdir. Həyata keçirilən layihələr gənclərin sağlamlıq problemlərin həllinə kömək edir. Ona görə də regionlarda gənclərin fəallıqlarının artırılmasına xüsusi ehtiyac var. Gənclər siyasəti sahəsində aparılan mühüm islahatlardan region gəncləri də bəhrənirlər”.

Daha sonra çıxış edən Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin icracı direktoru Günel Səfərova layihənin əsas məqsədinin gəncləri reproduktiv sağlamlıq haqqında maarifləndirmək, infeksion xəstəliklər haqqında biliklərini artırmaq, gəncləri sağlam yaşam tərzinin təbliğinə cəlb etməkdən ibarət olduğunu bildirib. O, gənclərin sağlamlıq problemlərinin həlli, reproduktiv sağlamlıq, infeksion xəstəliklər və onlardan müdafiə yolları haqqında iştirakçılara məlumat verib. Günel Səfərova Prezident yanında Gənclər Fondunun yaradılmasının 5 illiyinin respublikada qeyd olunduğunu və fondun gənclər üçün imkanlar açdığını vurğulayıb.

Millət vəkili Elşən Musayev isə bildirib ki, Azərbaycan gəncləri siyasi, sosial və iqtisadi sferalarda olduqca aktivdi. Onun sözlərinə görə, bu gün səhiyyə islahatları gündəmdədir və sağlamlıq həm də özümüzdən asılı olan məsələdir: “İnfeksion xəstəliklər pis vərdişlərin nəticəsində meydana gəlir və nəticədə genefondumuza ziyan dəyir. Bununla mübarizədə regional layihələrin həyata keçirilməsi xüsusilə vacibdir. Gənclərin sağlam böyüməsi həm də onların idmana cəlb olunmasından asılıdı və bunda valideynlər özləri maraqlı olmalıdırlar”.

Sonda qonaqlar iştirakçıların suallarını cavablandırıb və onlara maraqlandıqları sahədə tövsiyyələrini veriblər.

www.yenicag.az

739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv