!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sağlam gələcək Ülvi ilə gələcək! – Ülvi Quliyevə Yasamaldan böyük dəstək-Video

!Reklam – Yazi

1446022285_uuuukl15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev “Sağlam gələcək Ülvi ilə gələcək” şüarı altında təbliğat-təşviqat kampaniyasını davam etdirir.

Ülvi Quliyev bu dövür ərzində hər gün seçiciləri ilə görüşlər keçirib, onun nümayəndələri isə dairə üzrə bütün ərazilərdə olaraq namizədin təbliğatını aparıblar.
Təbliğat kampaniyası çərçivəsində keçirilən belə möhtəşəm görüşlərdən birində idmançılar-Birinci Avropa Oyunlarının qalibləri, dünya və Avropa çempionları, ziyalılar, dindarlar geniş şəkildə iştirak ediblər.

Görüşdə iştirak edənlər bildiriblər ki, Ülvi Quliyev həm Milli Məclisdə deputatlıq fəaliyyəti dövründə, həm də idman sahəsində mənəviyyat, ədəb-ərkan sərgiləyib.

Ülvi Quliyev bu etimada görə seçilərə, komandasına minnətdarlığını bildirib.

O qeyd edib ki, belə bir komanda ilə işləmək, ağsaqqalların, ağbirçəklərin xeyir-duasını almaq, güclü idmançıların əhatəsində olmaq, Yasamal rayon sakinlərinin böyük dəstəyini görmək ona böyük güc verir: “Əminəm ki, belə bir dəstəyin sayəsində dünyanın istənilən ölkəsində, hətta Avropada belə deputat seçilmək mümkündü. Bundan əvvəl, 3-cü və 4-cü çağırış Milli Məclisin deputatı olmuşam və seçicilərimin hər zaman yanında olub, onların problemləri ilə maraqlanmışam. Seçicilərimi Milli Məclidə layiqincə təmsil etməkdən hər zaman qürur duymuşam. Bu günə qədər verdiyim vədlərin hamısını yerinə yetirmişəm və bundan sonra da belə olacağına tam əmin ola bilərsiniz. Mən özümü sizlərdən fərqləndirmirəm. Hər zaman sizin yanınızda olacam”.

Seçicilər də öz növbəsində Ülvi Quliyevə dəstək durduqlarını və seçkilərdə yekdilliklə ona səs verəcəklərini bildiriblər.

Ülvi Quliyev sondaYasamal sakinlərinə səslənərək onları 1 noyabr parlament seçkilərində aktiv iştirak etməyə, layiqli namizədə səs vernəyə çağırıb.

https://youtu.be/9Zhd4qqHgkc

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv